Qubadan unikal görüntülər - FOTO 

Hazırda oxunan: Qubadan unikal görüntülər - FOTO 

79014

Laləli, göy çəmənlər, başı qarlı dağlar, təmiz və həm də buludlu səma. Bu unikal görüntülər Qubanın rayon mərkəzindən 74 km aralıda yerləşən Nütəh kəndindəndir.

Bu kəndin adını qış aylarından Qonaqkənddən üzü Xaltana doğru güclü qar səbəbindən yolu bağlanmış yaşayış məntəqəsi kimi bir neçə dəfə çəkmişik.  

Qışda yağan qar kəndə gələn yolları keçilməz etsə də, bahar aylarında qarlı dağlarla laləli çöllər vəhdət təşkil edir. Bunu da təbiətin bir sürprizi hesab etmək olar.  

Görüntüləri Bizim.Media-ya Nütəh kənd sakini İftixar Əsgərov göndərib. Görüntülərdə İftixarın 5 yaşlı bacıoğlusu Cahidin laləli çəməndə fotosu da yer alıb.  

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin