Biləsuvar polisi bir neçə rayonun ərazisində oğurluq edən şəxsi yaxalayıb. Həmin şəxs bir qayda olaraq obyektlərə damdan daxil olurmuş.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən mağazalardan birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub.
Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Yalçın Abbasov müəyyən edilərək saxlanılıb.
Onun həmin mağazaya damdan daxil olaraq oradan 1627 manat pulu, 700 manat dəyərində tütün məmulatlarını və əlavə olaraq bir ədəd elektrik gücləndiricisini oğurladığı məlum olub.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə Y.Abbasovun daha bir neçə rayonda yerləşən mağazalara eyni üsulla daxil olaraq oradan oğurluqlar etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 13.06.2022
Biləsuvarda əməliyyat - Oğurluq edən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Biləsuvarda əməliyyat - Oğurluq edən şəxs saxlanıldı - FOTO
Hazırda oxunan: Biləsuvarda əməliyyat - Oğurluq edən şəxs saxlanıldı - FOTO
78993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.