Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Sidorova Anna Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media