COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb.
“Bildiyiniz kimi, yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.
Hazırda Bakı-Abşeron bölgəsi üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli tibb müəssisəsi fəaliyyətini davam etdirir”, - deyə Trend-ə bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:06 / 13.06.2022
Modul tipli xəstəxanalarla bağlı AÇIQLAMA – Fəaliyyəti dayandırılır...
Hazırda oxunan: Modul tipli xəstəxanalarla bağlı AÇIQLAMA – Fəaliyyəti dayandırılır...
Hazırda oxunan: Modul tipli xəstəxanalarla bağlı AÇIQLAMA – Fəaliyyəti dayandırılır...
78960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.