Çingiz Abdullayevə daha bir yüksək vəzifə verildi - “Mən xoşbəxtəm”x9d

Hazırda oxunan: Çingiz Abdullayevə daha bir yüksək vəzifə verildi - “Mən xoşbəxtəm”x9d

78910
Bakıda Xəzər və Qara dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü sessiyası keçirilir. 

Moderator.az  xəbər verir ki, iclasın açılışında Fondun vitse-prezidenti, yazıçı Çingiz Abdullayev qurumun prezidenti seçilib.

Bildirilib ki, rotasiya prinsipi əsasında bu vəzifə İsmayıl Safidən (Türkiyə) Çingiz Abdullayevə (Azərbaycan) təhvil verilir.

Xəzər və Qara Dəniz Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondu 4 mart 2009-cu ildə Buxarestdə Rumıniya prezidenti Trayan Besesku və prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır.

Təşkilatın İdarə Heyətinin üzvləri 20 ölkədən olan tanınmış şəxslərdir.

Buraya Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Rumıniya, San Tome və Prinsipi, Serbiya, Türkiyə, Ukrayna, Xorvatiya, Monteneqro, İsveçrə və Cənubi Afrikadan olan siyasətçilər, diplomatlar və alimlər daxildir. 


























apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin