Yanğın baş verən bina hasara alınır

Hazırda oxunan: Yanğın baş verən bina hasara alınır

78886
Bakının Binəqədi rayonu ərazisində yanğın baş vermiş yaşayış binası hasara alınır. 


Moderator.az Report-a istinadən xəbər verir ki, hazırda hasarlama işləri davam etdirilir.

Bundan əlavə, paytaxt sakinləri faciə qurbanlarını hələ də, yad etməkdədirlər. Belə ki, onlar binanın önünə gələrək ora gül dəstələri qoyur və şam yandırırlar.

Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb və ya zəhərlənib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin