Dövlət Sərhəd Xidməti tədbir keçirdi - Akademiyanın 4 məzunu... - FOTO

Hazırda oxunan: Dövlət Sərhəd Xidməti tədbir keçirdi - Akademiyanın 4 məzunu... - FOTO

78865

İyunun 11-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb.

Tədbirdə çıxış edənlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyimizə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib.

Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 15-ci ildönümünün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyi xüsusi qeyd edilib, tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin