“Yol hərəkəti haqqında”x9d qanun qüvvəyə mindi

Hazırda oxunan: “Yol hərəkəti haqqında”x9d qanun qüvvəyə mindi

78830

Yerüstü və yeraltı piyada keçidlərinə dair “Yol hərəkəti haqqında”x9d qanuna edilən dəyişiliklər  mayın 21-də qüvvəyə minib.

 Dövlət başçısı İlham Əliyev Milli Məclisin 28 aprel tarixli plenar iclasının qərarı əsasında müvafiq sərəncam imzalayıb.

Dəyişikliklər qanunun 9.1 maddəsinə aid edilib. Bu dəyişikliyə görə, yollarda piyada keçidləri təhsil, tibb müəssisələri, iri ticarət (istehsalat, xidmət) mərkəzləri, dayanacaqlar, idman, turizm  obyektləri, istrahət və adamların kütləvi olaraq toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır.
Piyada zolağında hərəkətin svetoforla tənzimlənməli olduğu hallar müfaviq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Yaşayış məntəqələrindən keçən avtomagistrallarda yerüstü və yeraltı piyada keçidləri bir-birindən 400-800 metr aralıda olmalıdır.

Yaşayış məntəqələrindən keçən digər avtomobil yollarında piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır (yolayrıcıları arasındakı məsafənin az olduğu hallar istisna olmaqla).
Düzəlişlərə görə yerüstü və yeraltı keçidlər yolun keçid hissəsinin eni 14 metrdən çox olan, piyada axını 3 min nəfərdən çox, avtomobil axını isə saatda 300 avtomobildən çox olan başqa yollarda da olmalıdır.













































bizimyol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin