Moderator.az Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi Rafiq Şahbazovun üçüncü kitabı işıq üzü görüb.
Müəllifin “Güllə yağışında”x9d adlandırdığı kitab Qarabağ müharibəsində iştirak etmiş artilleriya briqadasının döyüşçüləri ilə müsahibə əsasında yazılıb. Əsərdə öz döyüş hekayəsini danışan hər bir müharibə iştirakçısı buraxılan səhvlərin səbəblərini açıqlamağa çalışır, hər an baş verə biləcək ikinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini bölüşür.

































































































