“Müəllimlərin hazırlanmasında problemlər var” – Emin Əmrullayev

Hazırda oxunan: “Müəllimlərin hazırlanmasında problemlər var” – Emin Əmrullayev

78736

"Müəllimlərin hazırlanmasında metodoloji problemlər var". 

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib. 

Nazir hər il 7 minə qədər şəxs təhsil sistemində işə götürüldüyünü diqqətə çatdırıb:

“Azərbaycanda müəllimlərin yaşı gəncləşir. Həyatımızda, təhsil sistemində sürətli dəyişikliklər baş verir. Müəllimlər də bu dəyişikliklərin öhdəsindən gəlməyi özünə borc bilməlidir. Azərbaycanın gələcəyi müəyyən mənada gənc müəllimlərdən asılıdır. Müəllimlər də öz məsuliyyətini dərk etməli və cəmiyyətdəki rol modelini anlamalıdır”. 

Emin Əmrullayevin sözlərinə görə, son illərdə Azərbaycanda ən çox əmək haqları artan peşə sahibləri müəllimlərdir:  

“Narahatlıq doğuran bir neçə məsələ var. Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlərin hazırlanmasında metodoloji problemlər var. Bu təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetinə aid deyil, burada institusional olaraq bu Universiteti qeyd edirəm. Müəllim fənn biliyini dərindən qavramalı, bilməlidir. Bununla yanaşı pedaqoji bacarıqları olan və şagirdlərin psixologiyasını anlayan müəllimlər olmalıdır. Biz müəllim hazırlığında riyaziyyatçı yox, müəllim hazırlamalıyıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin