Xəzərin çirklənməsinin qarşısı necə alınacaq?

Hazırda oxunan: Xəzərin çirklənməsinin qarşısı necə alınacaq?

78647

"Xəzər dənizin çirklənməsinin qarşısını almaq üçün Novxanı-Sumqayıt-Corat istiqamətində 15 km-ə qədər kollektor inşa edilib". 

Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, həmçinin Bulvar istiqamətində də (Bayıldan Lökbatana qədər) kollektor inşa edilib: 

“Eyni zamanda, Şabran-Siyəzən ərazisində də təmizləyici qurğular inşa edilib və Xəzər dənizinə çirkli suların axıdılmasının qarşısı alınır”. 

Şöbə rəisi qeyd edib ki, bu yöndə işlər davam edir: “Salyan-Neftçala ərazisində də bu yaxınlarda bu yöndə işlər başlanılacaq”. 

Xalid Abbasov deyib ki, Azərbaycanda hazırda istismarda olan 23 tullantı su təmizləyici qurğu var: 

"Bu qurğulardan 4-ü Abşeron ərazisində yerləşir. 19 ədədi isə regionlardadır. Masallıda inşa edilən su təmizləyici qurğu da bu yaxınlarda istifadəyə veriləcək. Hazırda Xızıda, Xaçmazda və Lənkəranda da kollektorlar inşa edilir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin