Həbsdəki oğluna narkotik keçirən qadın saxlanıldı 

Hazırda oxunan: Həbsdəki oğluna narkotik keçirən qadın saxlanıldı 

78597

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. 

Bizim.Media Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu Bayramovla qısamüddətli görüşə gəlmiş anasının sovqatına baxış keçirilib.

Bu zaman Bakı şəhər sakini Cəmilə Məlik qızı Bayramovanın gətirdiyi cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin