“Ötən il 98 nəfərin diplomu saxta çıxıb” – DİM  

Hazırda oxunan: “Ötən il 98 nəfərin diplomu saxta çıxıb” – DİM  

78587

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsil müəssisələrinin subbakalavr səviyyəsinə, rezidenturaya, doktoranturaya xarici dil üzrə və dövlət qulluğuna qəbul imtahanlarında iştirak edən şəxslərin təhsil sənədlərinin dövlət nümunəli olub-olmaması araşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Abituroyent” jurnalının 12-ci sayında qeyd edilib. 

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidən hazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinə sorğular göndərilib. 

Sorğulara cavab olaraq 98 nəfərə aid 85 bakalavr, 2 orta ixtisas və 11 yenidənhazırlanma diplomunun hüquqi əsasının olmadığı bildirilib.  
Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.  

Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin