"Bu ilin yanvar-may ayında əhali qrupu üzrə abonentlərin 75,9%-i (1 842 073 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib".
Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rəşad Cavadovun sözlərinə görə, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 24,1% və ya 585 383 abonent keçib.
İyunun 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 427 456 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 10.06.2022
Əhalinin 76%-i qaz limitini keçməyib
Hazırda oxunan: Əhalinin 76%-i qaz limitini keçməyib
Hazırda oxunan: Əhalinin 76%-i qaz limitini keçməyib
78576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.