Azərbaycanın ət ehtiyacı – Gömrük bilmir, ekspert isə nikbindir!

Hazırda oxunan: Azərbaycanın ət ehtiyacı – Gömrük bilmir, ekspert isə nikbindir!

7856

Xəbər verdiyimiz kimi, Azərbaycanda Koreya, Bolqarıstan və Ukraynadan ət məhsullarının gətirilməsinə qadağa qoyulub.

Bunun səbəbi adı çəkilən ölkələrdə quş qripi və blutanq xəstəliyi olduğu üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycana bildiriş göndərib. Qida Təhlükəsizliyi Agentliyi də bununla bağlı məlumat paylaşıb.

Belə olan halda ölkəmizə ət məhsulları əsasən hansı ölkələrdən idxal olunur?

Sualı cavablandırmaq üçün Bizim.Media Dövlət Gömrük Komitəsinə sorğu göndərib.

Qurumun mətbut katibi Natiq Axundov illik hesabatın linkini göndərməklə işini bitmiş hesab edir:

“Burada bütün məlumat var, detallı sorğuya isə vaxt lazımdır”.

Aidiyyatı qurumdan cavab almadığımıza baxmayaraq, kənd təsərrüfatı üzrə ekspert  Akif Nəsirli bildirib ki, Azərbaycana ət Gürcüstan və Rusiyadan idxal olunur: “Kanada və Hindistandan isə dondurulmuş ət və ət məhsulları gətirilir. 

Demək olmaz ki, bu 3 ölkə bizə qadağa qoyacaq və ət ehtiyacımız azalacaq. Narahat olmağa dəyməz, onların yerinə başqa ölkə gələcək. Kim ət satmaq istəməsə, digərindən alacağıq, çünki dünyada ət qıtlığı yoxdur”.

Ekspert vurğulayıb ki, bu ildən başlayaraq ölkədə yerli istehsal artacaq:

“İşğaldan  azad olunmuş rayonlarımızın əksəriyyəti heyvandarlıqla ixtisaslaşmış ərazilərdir. Bu rayonlarda inkişaf başladıqca Azərbaycanın da ətə olan ehtiyacı idxaldan azad olacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin