"Qumarı reklam edən saytların fəaliyyəti dayandırılmalıdır" - VƏKİL

Hazırda oxunan: "Qumarı reklam edən saytların fəaliyyəti dayandırılmalıdır" - VƏKİL

7851

Ölkəmizdə insanların həyatına ən ciddi zərbə vuran qumar oyunlarını təbliğ etmək qanun pozuntusudur.

Bu reklamları verən daha çox xəbər saytlarıdır. Sosial şəbəkələrdə də bu qəbildən olan reklamlar geniş vüsət alıb. Bir çox istifadəçilərin “İnstagram” və “Telegram” profillərində açıq-aşkar qumar reklamlarını görmək olur.

“Telegram”da “Azerbaijan Deep Web” adlı hesabda qumar reklamları durmadan verilir. 

Məsələ ilə bağlı Bizim.Media-nın suallarına cavab verən Vəkillər kollegiyasının üzvü Əsabəli Mustafayev Azərbaycanda qumar oyunlarının qadağan olunduğunu bildirib:

“Bunun isə yalnız bir adı var: qumar. Qadağan olunan bir şeyin reklamı da qadağandır. Bu kimi reklamı verən saytlar cinayət törədirlər. Həmin saytların fəaliyyəti müəyyən müddət dayandırılmalıdır. Azərbaycanda təkcə Topaz dövlət tərəfindən tanınır, digəriləri isə qadağan olunub”.

“Bəs niyə bu qanun pozuntusu ilə bağlı iş görülmür?” sualına isə vəkil, “Bu məsələyə dövlət orqanları baxmalıdır”- deyə, cavab verib.

Vüqar Ağamalıoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin