"Gələcəkdə VI-VII siniflərdə də qiymətləndirmə imtahanları keçirilməsi istisna edilmir.
Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən tədbirdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı test keçiriləcək - Təhsil İnstitutu
Onun sözlərinə görə, əvvəllər yalnız 9-cu sinifdə qiymətləndirmə keçirilirdi:
"Bu, şagirdlərin biliyinin dəyərləndirilməsi üçün gec olurdu. İndi ondan aşağı siniflərdə qiymətləndirmə keçirilməsi planlaşdırılır".
Alçina Amilqızı, Bizim.Media