Əli Həsənovun şirkətindən şəhid ailəsinə HÖRMƏTSİZLİK – “Güzəşt edə bilmərik”

Hazırda oxunan: Əli Həsənovun şirkətindən şəhid ailəsinə HÖRMƏTSİZLİK – “Güzəşt edə bilmərik”

78454

Kaspi Təhsil Şirkəti ilə şəhid kapitan Elçin İsmayılovun ailəsi arasında qalmaqal yaşanıb. Şəhidin yoldaşı Kaspi Təhsil Şirkətinin Bakıxanov filialına yaxınlaşaraq, şəhid ailəsi olduğunu, ailənin gəlir yeri olmadığını bildirərək təhsil haqqında oğluna güzəşt edilməsini istəyib.

Şirkətdən isə şəhidin yoldaşına heç bir güzəşt edə bilməyəcəkləri bildirilib və oğlundan təhsil haqqı tələb edilib. 

Qeyd edək ki, şəhidin böyük oğlunun təhsil haqqını YAŞAT Fondu qarşılayır. 
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun daha dörd şirkəti ləğv olunur - SİYAHI 


Məsələ sosial şəbəkələrdə ictimailəşəndən sonra durum gərginləşib.  Kaspi Təhsil Şirkətindən şəhidin yoldaşına zəng edilərək, məsələnin ictimailəşməsinə etiraz edilib. Həmçinin pulsuz təhsil verə bilməyəcəkləri dönə-dönə vurğulanıb. 

Şəhid ailəsinə olan münasibət ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub və sözügedən təhsil mərkəzinin rəhbərliyi sərt şəkildə qınanılıb.

Qeyd edək ki, Kaspi Təhsil Şirkəti Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun həyat yoldaşı, Milli Teleradio Şurasının üzvü Sona Vəliyevanındır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin