Pivə həvəskarlarına BƏD XƏBƏR – İlboyu bu problemi yaşayacaqsınız

Hazırda oxunan: Pivə həvəskarlarına BƏD XƏBƏR – İlboyu bu problemi yaşayacaqsınız

78453

İsti yay günlərində ən çox istehlak olunan məhsullardan biri də pivədir. Lakin, bu il pivə həvəskarları sevimli içkidən istədikləri zövqü ala bilmirlər. Çünki, son bir ildə pivənin pərakənda satış qiyməti ən azı 2 dəfə qalxıb. Hazırda pərakəndə satış məntəqələrində pivənin bir bakalı 1.5-3 manat arasında dəyişir. Bəzi yerlərdə isə qiymətlər lap “əl yandırır”.

Bizim.Media məsələ ilə bağlı müəyyən araşdırma aparıb. 

Adının açıqlanmasını istəməyən pivə zavodunun sahibi bizimlə söhbətində bildirdi ki, “çox təəssüf ki, pivənin hazırlanmasında istifadə edilən bütün inqrediyentlər xaricdən alınır.

Yalnız yerli sudan istifadə edirik. Son bir ildə dünyada taxıl məhsullarının artan qiyməti pivə sənayesinə də öz təsirini göstərib.
Pivənin istehsalında istifadə olunan səməni arpasını əvvəllər Ukraynadan alırdıq. Müharibədən sonra əlaqələr kəsildiyindən bu xammalı Polşadan, Almaniyadan, Çexiyadan və digər ölkələrdən alırıq. Ölkələr uzaq olduqca daşınma xərcləri də çoxalır. Ona görə də bu il pivə istehsalında və satışında qiymət artımı baş verib”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə pivənin topdan və pərakəndə satış qiymətinin artmasına bir neçə amilin səbəb olduğunu bildirib. Onun fikrincə “Qiymət artımı ilk növbədə son bir ildə spirtli işkilərə tətbiq olunan aksiz dərəcələrinin 2 dəfə artırılmasıdır.

Ötən ilin payızında və bu ilin martında hökümətin qərarı ilə spirtli içkilərin aksiz dərəcələri artırıldı.

Bundan əlavə, loqistika qiymətləri qalxıb. Üstəlik, Ukraynada davam edən müharibə də qiymət artımına öz təsirini göstərib. Nəzərə alaq ki, pivə istehsalında istifadə edilən xammalın bir hissəsi Ukraynadan gətirilirdi. Bu kanal isə artıq bağlanıb”.
Mütəxəssislərin fikrincə pivənin qiymətində artım bundan sonra da davam edəcək. Bu da əsasən dünya bazarında gözlənilən taxıl qıtlığı ilə əlaqədardır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin