"Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Belə ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur".
Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda isə bu infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2022-ci ilin 5 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır:
"Onlardan 5704-i (69,6 %) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir.
Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:17 / 09.06.2022
Nazirlik İİV xəstələrinin sayını açıqladı
Hazırda oxunan: Nazirlik İİV xəstələrinin sayını açıqladı
Hazırda oxunan: Nazirlik İİV xəstələrinin sayını açıqladı
78448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.