Moderator.az saytına Azərbaycan Beynəlxalq Bankının Səbail rayon filialının rəhbəri Ehtiram Əliyevin həbsin bir addımlığında olmasıyla bağlı məlumat daxil olub.
İddiaya görə, E.Əliyev bir neçə gündür ki, dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq müxtəlif epizodlar üzrə ifadə verir, bəzi rəqəmlərlə bağlı dəqiqləşdirmələrin aparılmasında iştirak edir.
Məlum informasiyanı dəqiqləşdirmək
üçün Beynəlxalq Bankın Səbail rayon filialı ilə əlaqə saxladıq.
Zəngimizə cavablandıran
bank əməkdaşı E.Əliyevin həbs edilmədiyini, filialın fəaliyyətində də heç bir
problemin olmadığını vurğuladı. Rəhbərliklə danışmaq cəhdlərimiz isə nəticə
vermədi.
Araşdırma nəticəsində o
da məlum oldu ki, Beynəlxalq Bankın internet səhifəsində bəlli bir müddətdir
ki, heç bir yenilənmə aparılmayıb. Belə ki, bankın rəsmi internet səhifəsində Ehtiram
Əliyev "Sahil" filialının rəhbəri kimi göstərilsə də, əslində o, "Səbail" filialının rəhbəri vəzifəsində çalışır. Səbail filialının müdiri kimi isə
internet səhifəsində Məmmədov Əhməd Məmməd oğlu göstərilir.






























































































