REAL Hərəkatının Sumqayıt Məclisinin sədri Hafiz Babanlı saxlanılaraq 4-cü polis bölməsinə gətirilib.
Moderator.az-ın verdiyi xəbərə görə, bu haqda informasiya sosial şəbəkələrdə yayılıb. Polis bölməsində 2 nəfər şəxs onun üzünə duraraq Hafiz Babanlının zorla onlara REAl hərəkatını təbliğ edən broşurlar verdiyini iddia ediblər. Hafiz Babanlının hazırda məhkəməyə aparıldığı bildirilir.
Xəyal Əzizov
































































































