Yevlaxın sabiq icra başçısı Qoca Səmədov barəsində apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılan şikayayətlə bağlı qərar elan olunub.
Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub.
APA-nın məlumatına görə, bununla bağlı Q.Səmədovun cəzası üç ay azaldıraraq 5 il 9 aya endirilib.
Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini altı ilə endirib.
Bizim.Media