Hindistan səfiri Qubada yoqa ilə məşğul oldu - FOTO

Hazırda oxunan: Hindistan səfiri Qubada yoqa ilə məşğul oldu - FOTO

78166

21 iyun- Beynəlxalq Yoqa günü münasibəti ilə Azərbaycan Respublikasının Gənclər Fondu və Hindistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda silsilə yoqa tədbirləri təşkil olunur. Tədbirlərin paytaxtla yanaşı, bir neçə rayonda keçirilməsi də planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün Qubada yoqa məşğələləri keçirilib. 

Tədbirdə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, Qubanın icra başçısının müavini Səidə Abasova, səfirliyin mədəniyyət məsələləri üzrə ikinci katibi AcayPandey, səfirliyin attaşesi Anuraq Kumar, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, filalın müəllim və tələbə kollektivi iştirak edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş tutan tədbirdə çıxış edən icra başçısının müavini Səidə Abasova tədbir iştirakçılarını rayonun icra başçısı Ziyəddin Əliyevin adından salamlayıb, hindistanlı diplomata qubalıların qonaqpərvərliyindən, Azərbaycanın multikultural dəyərlərindən söz açıb, tolerantlıq nümunələrini dilə gətirərək yoqa təlimlərinin önəmindən bəhs edib.

Daha sonra qonaqlar filialla tanış olublar. Filialın Heydər Əliyev lektoriyasında dosent Yusif Alıyev ulu öndərin xarici siyasəti, ölkəmizlə Hindistan arasındakı ikitərəfli əlaqələr haqqında danışıb.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna isə filialdakı mehriban qarşılanmadan, ümumilikdə Azərbaycanla Hindistan arasındakı isti münasibətlərdən danışıb, səfərin məqsədini, 21 iyun-Beynəlxalq Yoqa gününün mahiyyətini diqqətə çatdırıb.

Sonra filialın idman meydançasında 100 nəfərə yaxın şəxslə yoqa məşğələlərinə start verilib. Məşğələni peşəkar yoqa müəllimi Kənan Məmmədov aparıb.

Üç hissədən ibarət olan yoqa sessiyasından sonra Hindistan mətbəxi əsasında hazırlanmış yeməklərin dadına baxılıb.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin