“Gecə saatlarında qanunsuz parklanma yeri düzəldilib” - RƏSMİ 

Hazırda oxunan: “Gecə saatlarında qanunsuz parklanma yeri düzəldilib” - RƏSMİ 

78136

“Bu ərazidə əvvəllər kiçik parklanma yeri olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən dəfələrlə müraciət olunmuşdu, lakin Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyi tərəfindən müsbət rəy verilməmişdi”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat birliyinin rəisi Nizami Mayılov qanunsuz parklanma yerinin sökülməsi zamanı jurnalistlərə açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İttiham olunan Kinematoqrafçılar İttifaqından AÇIQLAMA – Ekspertiza əsasında... - FOTO


Onun sözlərinə görə, dəfələrlə bardürləri çıxarmaq istəsələr də, qarşısı alınıb: 

“Gecə saatlarında heç bir rəsmi sənəd olmadan qanunsuz parklanma yeri düzəldilib. Həmin ərazidə yaşıllıqların korlanması ilə bağlı məsələyə gəlincə, burada yaşı keçmiş, qəzalı vəziyyətdə bir ağac olub. Həmin ağac da kəsilib. Hazırda müvafiq araşdırmalar aparılır və nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin