“Fövqəladə Hallar Nazirliyinin sahilboyu ərazilərdə apardığı monitorinqlər yekunlaşıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili açıqlama verib.
O qeyd edib ki, monitorinqin nəticəsi olaraq, aidiyyəti icra hakimiyyətlərində işçi müşavirə keçirilib:
"Müşavirə zamanı aşkar olunan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə qurumlara tapşırıqlar verilib.
Hazırda dənizə doğru üzmə sərhədlərini müəyyən edən nişanların quraşdırılması, çimərliklərdə istirahət edən vətəndaşların maarifləndirilməsi məqsədilə lövhələrin yerləşdirilməsi işlərinə başlanılıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd nəzarətsiz çimərliklər, təhlükəli ərazilər haqqında məlumat toplamaq, çimərlik üçün yararsız əraziləri müəyyən etməkdir".
"Bundan əlavə, biz nəzarət etdiyimiz çimərliklərdə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Bu Xilasetmə Dövlət Xidməti Bakı şəhəri və Abşeron rayonu ilə yanaşı ölkənin digər şəhər və rayonlarında da xidmət aparır.
Biz nəzarət etdiyimiz bütün çimərliklərdə dağıclar vasitəsilə sualtı baxışlar keçirmişik və sualtı təmizləmə işləri aparmışıq. Sualtı baxışların keçirilməsində əsas məqsəd sualtında olan maneələrin öncədən müəyyən edilməsidir", - FHN rəsmisi vurğulayıb.
Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 07.06.2022
Çimərliklərdə nöqsanlar aşkarlandı – RƏSMİ
Hazırda oxunan: Çimərliklərdə nöqsanlar aşkarlandı – RƏSMİ
Hazırda oxunan: Çimərliklərdə nöqsanlar aşkarlandı – RƏSMİ
78123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.