Erkən nikaha cəlb edilən qızların bir çox hüquqları pozulur. Qız təhsildən uzaqlaşır və onun təhsil almaq hüququ pozulur. O, uşaqlıq dünyasından məhrum edilir və onun uşaq hüquqları pozulur, erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur.
9 dildə, 23 sənədli filmin və onlarla müxtəlif səpkili videoçarxların rejissoru və əksəriyyətinin ssenari müəllifi olan Elcan Məmmədov, "Erkən nigahın fəsadları" adlı yeni sənədli film hazırlayıb. Filmdə erkən nigahdan və onun yaratdığı problemlərdən, həmçinin məişət zorakılığından bəhs edilir. Moderator.az bizimyol.info-ya istinadən  sənədli filmi təqdim edir:
					






























































































