Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Bizim.Media xəbər verir ki, qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı, Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova Kompleksə direktor təyin edilib.
39 yaşlı qrossmeyster bu postda Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeysterdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:49 / 07.06.2022
Məşhur şahmatçımıza vəzifə verildi - FOTO
Hazırda oxunan: Məşhur şahmatçımıza vəzifə verildi - FOTO
Hazırda oxunan: Məşhur şahmatçımıza vəzifə verildi - FOTO
78109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.