Evdən qaçan 12 yaşlı qızın qardaşından AÇIQLAMA – “Bacımla dialoqa icazə verilmir” 

Hazırda oxunan: Evdən qaçan 12 yaşlı qızın qardaşından AÇIQLAMA – “Bacımla dialoqa icazə verilmir” 

7808

“Bacımın itməsini mən sosiallaşdırmışam. Hər halda evdə şiddət və ya təzyiq görsəydi məsələni kütləviləşdirməyə ehtiyat edərdim. Bu kimi hal olmayıb”.

Bunu Bizim.Media-ya açıqlamasında iki gün əvvəl itkin düşən, sonra tapılan 12 yaşlı Ləman Şahbazovanın qardaşı Vüqar Əziz deyib.

Onun sözlərinə görə hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülərək “Nur” uşaq evinə yerləşdirilən bacısı psixoloji kansultasiya və tibbi müayinədən keçir:

“Bacımla dialoqa icazə verilmir. İstintaq davam etdiyi üçün əlavə məlumat verə bilmirəm. Sadəcə onu deyiblər ki, bacım küçədə tapılmayıb, kiminsə yanında olub”. 

Həmsöhbətimizlə dialoqumuzda o da məlum oldu ki, 12 yaşlı Ləman Şahbazova illərdir ki, anası ilə birgə Neftçilər metrostansiyası yaxınlığında ayrı qalırlar. Qardaşı və nənəsi isə Zabrat qəsəbəsində yaşayır. Ata yoxdur. 

Baş verənlərdən belə qənaətə gəlmək olur ki, ailənin parçalanması və ayrı evlərdə yaşaması azyaşlının evdən getmə səbəbinin kökündə duran məqamlardan biridir. Məhz 12 yaşlı Ləman Şahbazovanın Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmaması da sual doğurur. 

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə saytımıza açıqlamasında azyaşlı ilə bağlı araşdırmaların davam etdiyini deyib. 

Xatırladaq ki, iki gün əvvəl 12 yaşlı Ləman Şahbazova Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmayıb.

Ərazi üzrə hüquq mühafiə orqanlarının axtarışları ilə azyaşlı tapılıb. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və müvafiq tədbirlərə başlanıb.

Hazırda Ləman Şahbazova “Nur” uşaq evində psixoloji dəstək alır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin