Paytaxtda sevgilisinə görə özünü yandıran qız öldü

Hazırda oxunan: Paytaxtda sevgilisinə görə özünü yandıran qız öldü

78034

Bakıda sevgilisinə görə özünü yandıran qız vəfat edib. 

Bizim.Media xəbər verir ki, iyunun 5-nə keçən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin yaxınlığında üzərinə benzin tökərək özünə od vuran 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sevgilisinə görə özünü polis bölməsinin önündə yandırdı – BAKIDA İNSİDENT


​​​​​​​Hadisə baş verdiyi zaman polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər. Sonra isə Ə.Əliyeva təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. 

Araşdırmalar zamanı məlum olub ki, iyunun 4-də axşam saatlarında Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb.

Bayıl qəsəbəsində Ə.Quliyevin sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər.  
Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və o, iyunun 5-də məhkəməyə göndərilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin