Oğul atını döyən atasını baltaladı - Qandonduran cinayətin qatilinə hökm oxundu

Hazırda oxunan: Oğul atını döyən atasını baltaladı - Qandonduran cinayətin qatilinə hökm oxundu

78031

Qubada atasını baltalayaraq öldürən oğula 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 

Bizim.Media xəbər verir ki, 2021-ci ilin iyunun 9-da baş verən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmə prosesində məlum olub ki, Qubanın Sofikənd kəndində yaşayan 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanovla atası 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanov arasında mübahisə yaranıb. Mübahisə atanın oğlunun atını ağacla döyməsi üstündə baş verib. 
Belə ki, Rəvan atası tərəfindən atının ağacla döyüldüyünü görüb və ona atı vurmamasını, heyvanın əziyyət çəkdiyini deyib. Atası isə oğlunun sözünə məhəl qoymaraq ata zərbə endirməyə davam edib. Rəvan atasının əməlindən əsəbləşərək evin içinə keçib.

Bu zaman Sadıq Ramazanov evə gələrək oğlundan özünü kimə göstərdiyini soruşub və onu ağır söyüşlərlə təhqir edib. Bu zaman Sadıq həyat yoldaşını da şillə ilə vurub.

Mübahisənin böyüməməsi üçün Rəvan evdən həyətə çıxıb. Lakin atası oğlunun arxasından çıxaraq mübahisəni davam etdirib və həyətdə olan baltanı Rəvana tərəf atıb. Zərbədən yayınan Rəvan yerdən götürdüyü həmin balta ilə atasına üç zərbə endirərək onu qətlə yetirib. 

Rəvan ifadəsində atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, evdə tez-tez dava saldığını bildirib. O, atasını öldürmək fikrindən uzaq olduğunu bildirib. 

Rəvan Ramazanov hadisədən sonra könüllü olaraq polisə təslim olub. 

Szöügedən şəxs barəsində cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin