Güclü külək Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində və rayonun bir sıra kəndlərində fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, fəsadlar əsasən Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb.
Bir neçə dəqiqə davam edən küləyin təsirindən 68 iri gövdəli ağac aşıb, 114 ağaca ziyan dəyib. Külək Ordubad şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus 91 yaşayış evinin və 2 yaşyış binasının dam örtüyünə ciddi ziyan vurub.
Apa-nın məlumatına görə, güclü küləyin fəsadları rayondakı bir sıra təsərrüfatlarda da qeydə alınıb. Əylis kəndində fəaliyyət göstərən broyler müəssisəsinə ciddi ziyan dəyib.
Həmçinin güclü külək rayonun elektrik təsərrüfatına da təsirsiz ötüşməyib. 40 işıqlandırma dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağacalar 10 yerdə qaz xəttinə ziyan vurub.
Hazırda rayon İcra Hakimiyyəti və aid qurumlar tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.
Bizim.Media