“Oğlum Həsən Quliyevin əsgər yoldaşlarını axtarıram. Bilmək istəyirəm ki, son anlarda oğlumun istəyi nə olub?”
Bunu Bizim.Media-ya şəhid Həsən Quliyevin anası Elnarə Quliyeva söyləyib.
- Bilmək istəyirəm ki, Həsənin son sözü, cümləsi nə olub? Bəlkə şəhid olmamışdan öncə nəsə bir istəyi olub. Mənim bu çağırışımı eşidən şəxslərdən xahiş edirəm ki, Həsənin döyüş yoldaşlarını axtarmaqda mənə kömək olsunlar. Televiziyada çalışan media işçilərindən xahişim budur ki, mənim səsimə səs versinlər.
Elnarə Quliyeva əlavə edib ki, oğlu 2015-ci ildən etibarən hərbiçi olub.
"Vətən müharibəsi başlayanda Füzuli istiqamətində gedən döyüşlərdə ayağından yaralandı.
Biz onu burada saxlaya bilmədik. Ağsaya-ağsaya döyüşə yenidən yollandı. Dedi, uşaq azdır, mən getməliyəm. Elə noyabrın 3-də Xocavənddə gedən döyüşlərdə şəhid oldu",-deyə şəhid anası bildirib.
Ana deyir ki, oğlu Həsən Quliyev döyüşlər zamanı 60-70 nəfərdən çox yaralını döyüş meydanından çıxarıb:
''Hərb işini o qədər çox sevirdi ki, uşaqlıqdan bu sənətə, uniformaya sevgisi vardı. Çox qorxmaz oğlan idi. Evmin tək övladı idi. İndi təsəllim odur ki, Həsən vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Bir də təsəllim, onun iki körpə balasıdır''.
''Qızı Dəniz bir yaş 5 aylıqdır. Oğlu isə Həsən döyüşə getməmişdən 5 gün əvvəl dünyaya gəlib. Dəniz indi gecə səhərə kimi "ata" deyib ağlayır. Təzə dil açıb, tez-tez "Atamı istəyirəm... Ata, niyə gəlmirsən?..” deyir.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:57 / 08.01.2021
“Oğlumun döyüş yoldaşlarını axtarıram” - ŞƏHİD ANASI
Hazırda oxunan: “Oğlumun döyüş yoldaşlarını axtarıram” - ŞƏHİD ANASI
Hazırda oxunan: “Oğlumun döyüş yoldaşlarını axtarıram” - ŞƏHİD ANASI
7800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.