26 yaşlı qadın poliklinikada KEÇİNDİ – ÖZƏL 

Hazırda oxunan: 26 yaşlı qadın poliklinikada KEÇİNDİ – ÖZƏL 

77963

Bakıda 26 yaşlı Gülşən Rəfael qızı Əliyeva qəfil dünyasını dəyişib. 

Bizim.Media-ya daxil olan məlumata görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 17 nömrəli şəhər polikilinikasında qeydə alınıb.

Mənbə bildirir ki, ailəli olan gənc qadının ölüm səbəbi hələlik məlum deyil. Səhhəti ağırlaşan xanım sözügedən poliklinikaya gətirilib, şok keçirərək oradaca keçinib.

Olay yerinə Xəzər rayon Polis Bölməsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Hazırda polinklinikaya giriş-çıxış məhdudlaşıdırılıb .

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin