Mayın 12-də Müsavat Partiyasının təşəbbüsü ilə partiyanın qərargahında “Siyasi məhbuslara azadlıq!”x9d tələbi ilə aclıq aksiyası başlayıb və hələ də davam edir.
Aksiya haqqında geniş məlumat almaq üçün partiyanın qərargahına üz tutduq. Qərargaha çatıb, aclıq aksiyası keçirilən otağa daxil olduq. Divarlardan siyasi məhbusların fotoları asılmışdı. Hər tərəfdə "Siyasi məhbuslara azadlıq", "Siyasi məhbusları olan hakimiyyət ölkənin güzgüsüdür" yazılmış plakatlar var idi.
Hazırda aksiyada 4 nəfər iştirak etsə də, bu say bu gündən etibarən daha da artacaq.
Bu haqda məlumatı musavat.com-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah verib: “Siyasi məhbuslara azadlıq!”x9d tələbi ilə keçirilən aclıq aksiyasına qoşulmaqla bağlı ölkənin regionlarından çoxsaylı müraciətlər daxil olur. Biz də müraciətləri nəzərə alaraq, 16 may 2014-cü il tarixdə “Siyasi məhbuslara azadlıq!”x9d tələbi ilə keçirilən aclıq aksiyasına Bakı, Sumqayıt şəhərlərində və respublikanın bir çox regionlarında bir günlük dəstək aksiyasının keçirilməsini məqsədəuyğun saydıq".
Hazırda Müsavatın qərargahında keçirilən aclıq aksiyasında partiyanın Məclis üzvü Şakir Abbasov, Binəqədi rayon təşkilatının sədri Rauf Ağa, Nizami rayon təşkilatının üzvü Əli Həsənov və Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirli iştirak edirlər.
Etirazçıların hər biri ilə söhbətləşdik və onların səhhətlərinin vəziyyəti ilə maraqlandıq.
Şakir Abbasov: "Aksiyamızın şüarı “Siyasi məhbuslara azadlıq”x9ddır. May ayının 12-dən aksiyamız başlayıb. Hələ ki, səhhətimdə ciddi bir problem yoxdur. Məqsədimiz bu aksiyamızı sona qədər, gücümüz bitənə qədər, canımız özümüzdə olana qədər davam etdirməkdir. Başqa yolumuz da yoxdur. Piketlərə, mitinqlərə icazə verilmir. Biz də aclıq aksiyasına əl atmışıq. Bütün dünyada olan soydaşlarımıza müraciət edirik ki, bizim bu aksiyamızı işıqlandırsınlar. Qoy, hamı bilsin ki, bizim heç bir günahı olmadan həbs edilən yüzlərlə siyasi məhbusumuz var. Biz bu aksiyamızı yıxılana qədər davam edəcəyik".
Rauf Ağa: "Məqsədimiz hər kəsə bəllidir. 4 gündür ki, aclıq aksiyamız davam edir. Hələ ki, həkimə ehtiyac duymamışam. Mən şəxsən həkim tərəfindən qadağa qoyulana kimi aksiyadan geri çəkilən deyiləm".
Əli Həsənov: "Mənim bu aksiyaya qoşulma səbəbim, başqa yolumuzun olmamasıdır. Çünki bizi cəmiyyətlə əlaqə qurmaqdan məhrum ediblər. Telekanallara çıxış yolumuz qapadılıb, etiraz aksiyalarına imkan vermirlər. Biz də sonda məcbur olub, aclıq aksiyası keçirməyə qərar verdik. Tələbimiz də siyasi məhbusların azadlığa buraxılmasıdır. Biz onları azadlıqda görməyənə kimi aksiyamızı dayandırmayacağıq. O ki, qaldı səhhətimizə, bizi hazırda səhhətimiz düşündürmür".
Müsavat Partiyasından aldığımız məlumata görə, 4 gün ərzində aclıq aksiyası keçirənləri ziyarət etmək üçün bölgələrdən çoxlu sayda insan gəlib. Aksiyaçılara baş çəkənlər arasında İsa Qəmbər, İsgəndər Həmidov, “Ümid”x9d Partiyasının nümayəndələri və NİDA-çılar da olub. Onlar da aclıq aksiyası keçirənlərə dəstək veriblər.

































































































