Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş gül bayramı sona yetdikdən sonra bayramın qeyd olunduğu bəzi parklada xoşagəlməz görüntülər yaşanıb. Belə ki, dünən axşam saatlarında Bakının “beş mərtəbə”x9d kimi tanınan hissəsində parkda olan insanlar gülləri özləri ilə aparıblar. Moderator.az-ın verdiyi xəbərə görə, hətta bəzi şəxslər gülləri ordan götürək avtomobil yolunda durub satırlarmış. Park ətrafında başqa maraqlı hadisələr də yaşanıb. Belə ki, bir neçə avtomobil parkın yaxınlığında saxlayaraq gülləri maşına yığıb ərazidən kənarlaşıb. Bu fotoların bəziləri sosial şəbəkələrdə də paylaşılıb. Moderator.az həmin fotolardan birini təqdim edir.
Xəyal Əzizov
































































































