Ekspert FƏLAKƏT TARİXİNİ açıqladı: “Aclıq olacaq” 

Hazırda oxunan: Ekspert FƏLAKƏT TARİXİNİ açıqladı: “Aclıq olacaq” 

77941

“Bu il dünya ərzaq buğdasına olan tələbatın 15 faizindən məhrum olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli dünyada taxıl böhranının yaxınlaşması, cari ilin sonu, 2023-cü ilin əvvəlində ərzaq qıtlığının yaşanacağı barədə proqnozları dəyərləndirərkən deyib:

“Dünyada ərzaq buğdasına tələbat 850 milyon tondur. Keçən il dünyada 782 milyon ton taxıl tədarük edilib. Yəni təxminən 78 milyon ton kəsir var. Ukraynanın taxıl satdığı ərazilərdə bu fonda Ukrayna isə 2021-ci ildə 83 milyon ton buğda istehsal edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ 


Lakin başlanan müharibə fonunda Ukrayna ixracatının 80 faizi bloklanıb. Kiyev hazırda 20 milyon taxılı ixrac edə bilmir. Digər tərəfdən Hindistan bəyan edib ki, bu il onun tarlalarında da məhsuldarlıq aşağı səviyyədədir. Ona görə Hindistan taxıl ixracını 80 faizə qədər məhdudlaşdırıb.

Bu səbəbdən daha 27 milyon ton buğda istehsalı azalıb. Bütövlükdə bu il mövcud tələbatdan 125 milyon ton az buğda tədarükü gözlənilir. Deməli, ərzaq buğdasına olan tələbatın 15 faizi kəsirdə olacaq.
Ona görə də cari ilin sonuna doğru dünyada ərzaq buğdası çatışmamazlığı özünü ciddi şəkildə göstərəcək. Bu qədər kəsiri aradan qaldırmaq mümkün deyil. Vəziyyətə bu ilin məhsuldarlığının aşırı dərəcədə yüksək olmaması da öz təsirini göstərir. Bu səbəbdən dünyada aclıq gözləniləndir”. 

Həmsöhbətimizə görə, problemlə üzləşməmək üçün Azərbaycan imkan düşən bütün vasitələrdən istifadə etməklə ehtiyatlar yığmalı, baha olsa da, idxalı şaxələndirməlidir: 

“Azərbaycan Taxıl Fonduna ən azı nəzərdə tutulan qədər, 750 min tonadək taxıl yığmalıdır. Digər tərəfdən yemləmə məqsədilə heyvandarlığa yönəldilən 4 və 5-ci sinif buğda da ərzaq buğdasına yönəldilməlidir. Taxıl sahələri də genişləndirilməlidir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin