“Sabunçu” xəstəxanasından orada  ana olan 15 yaşlı qızla bağlı AÇIQLAMA – ÖZƏL

Hazırda oxunan: “Sabunçu” xəstəxanasından orada  ana olan 15 yaşlı qızla bağlı AÇIQLAMA – ÖZƏL

77901

Xəzər rayonu Türkan qəsəbə sakini 14 yaşlı yeniyetmənin iki il əvvəl 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girdiyini, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olduğunu yazmışdıq. 

Həmçinin məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlamışdıq. 

Adıçəkilən qurum Bizim.Media-nın sorğusuna cavab olaraq həqiqətən də azyaşlının həmin xəstəxanada ana olduğunu təsdiqləyib:
 

MÖVZU İLƏ BAĞLI:
 

“Sabunçu” xəstəxanasında ana olan 15 yaşlı qız qardaşı tərəfindən niyə DÖYÜLDÜ? – Türkanda film kimi OLAY


“Nəcəfova Səadət Azər qızı ötən il may ayının 9-da 3 saylı Şəhər Klinik Xəstəxanasına qəbul olunub və 2 kq 300 qram uşaq dünyaya gətirib. Xəstəxanadan rayon polis bölməsinə bu barədə məlumat verilib və sistemdə də var”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən saytımıza sözügedən olayın araşdırıldığı deyilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin