Azərbaycanda dövlət hesabına təhsil alan tələbələrin SAYI açıqlandı 

Hazırda oxunan: Azərbaycanda dövlət hesabına təhsil alan tələbələrin SAYI açıqlandı 

77894

"Ali təhsil pilləsində əhatəliyin genişləndirilməsi üçün əlavə tədbirləri həyata keçirməyə başlamışıq". 

Bizim.Media xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. 

Onun sözlərinə görə, ali təhsil pilləsində təhsil alan tələbələrin 46 faizi dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:

"Ali təhsil pilləsində təhsil alan tələbələrin 54 faizi isə ödənişli təhsil alır. Ödənişli təhsil alan tələbələrdən də sosial həssas qrupa aid olan tələbələr mövcuddur. Onların da vəsaitləri dövlət büdcəsi hesabına ödənilir.
Bunlar məcburi köçkünlər, şəhid ailələri, valideyn hüququndan məhrum olmuş və ya valideynini itirmiş şəxslərdir, I və ya II dərəcəli əlilliyi olan, sağlamlıq imkanları məhdud olan şəxslərdir. Bu kateqoriyadan olan şəxslərin sayı ali təhsildə toplam olaraq 17 400 nəfərdir. Onların təhsil haqqı xərclərini dövlət qarşılayır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin