Şağan uşaq evində tədbir...

Hazırda oxunan: Şağan uşaq evində tədbir...

77819
Ötən gün Xəzər rayonunun Şağan kəndindəki 3 nömrəli əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evində bayram tədbiri keçirilib.

Moderator.az-ın məlumatına görə, Ulu Öndər Heydər Əliyevin 92-ci il dönümünə və Gül bayramı münasibəti ilə keçirilən tədbir uşaqların ürəyincə olub.

Prodüser və təşkilatçı Humay Muxtarovanın təşkilatçılığı ilə baş tutan tədbirdə gənc müğənnilərlə yanaşı, teleaparıcı Zabir Əliyev də iştirak edib.

H.Muxtarova bildirib ki, həmin gün “Maşın şou”x9dda iştirak etməsinə baxmayaraq Roza Zərgərli də dəstək olub.

“Bir saatdan artıq davam edən bayram konsertində şən klounlar iştirak etdilər, o cümlədən biri-birindən maraqlı şirniyyatlar və hədiyyələr uşaqlara təqdim edildi. Onlarla rəqs etdik, əyləndik. Uşaqlar, çox sevinirdilər. Allah Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan razı olsun! İnanın ki, uşaqlara olan qayğı bizi çox sevindirdi. Hər şey səliqəli, ləzzətli yeməklər, təmizlik insana xoş təsir edir. Lap ürəyim açıldı. Bir Azarbaycan vətəndaşı olaraq bizim də borcumuzdur ki, onları yad edib, onlarla xoş vaxt keçirək”x9d, - tədbirin təşkilatçısı H.Muxtarova qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin