Zaqatalada gilas ağacından yıxılan qadın ağır xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qımır kəndində baş verib.
Zaqatala şəhər sakini, 1973-cü il təvəllüdlü Rəxşən Rəsul qızı Əsədova qızının yaşadığı evin həyətyanı sahəsində gilas yığan zaman ağacdan yıxılıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Əsədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.
Bizim.Media