1988-ci ildən indiyədək Naxçıvan Muxtar Respublikası blokada şəraitində olub. 1993-ilin yanvar ayının sonlarında mən prezident Əbülfəz Elçibəyin və prezident Administrasiyasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri, Dövlət Neft Şirkətinin prezidenti Sabitxa0Bağırovun tapşırığı ilə Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldum. O zaman mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Strateji Proqramlar şöbəsində işləyirdim və Azərbaycan elektroenergetikasının kuratoru olaraq, həmin sahənin strateji proqram və konsepsiyasını hazırlayırdım. Naxçıvana gedən və Ermənistanın Meğri rayonu ərazisindən keçən quru yolu və dəmir yolu ermənilərin nəzarətində olduğundan təyyarə ilə Naxçıvana getdim.
Naxçıvan Aeroportunda düşən kimi hamının şəxsiyyət vəsiqəsi və iş yerindən ya arayışı, yaxud vəsiqəsi xa0yoxlanıldı. Mən bunun səbəbini soruşdum. Dedilər ki, Naxçıvan blokada şəraitində olduğundan bu bir ehtiyat tədbiridir. Prezident Administrasiyasının mənə verdiyi vəsiqəni göstərdim. Çox böyük hörmətlə qarşıladılar. Aeroportdan birbaşa xa0Naxçıvan elektrik şəbəkəsinə getdim. Orada vəziyyətlə və insanlarla tanış oldum. Mən gedən zaman işıqlar sönmüşdü. Şəbəkədə İranlı mütəxəssislər vardı. Onlar elektrik şəbəkəsində Naxçıvanlı mütəxəssislər ilə təmir işləri aparırdılar. O zaman Naxçıvan elektrik enerjisini ancaq İrandan alırdı.
Mənə dedilər ki, elektrik şəbəkəsinin normal fəaliyyətini bərpa etmək və Naxçıvanın enerji tələbatını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev hər gün onları qəbul edir, dinləyir, onlarla müzakirələr aparır, onlara tapşırıqlarını verirdi.
xa0Elektrik şəbəkəsindən Naxçıvana gəldim. Naxçıvan Nazirlər Kabinetinin sədri Şəmsəddin Xanbabayevlə görüşdüm. Şəmsəddin Xanbabayev Naxçıvandakı enerji böhranı və onun səbəbləri, Naxçıvandakı vəziyyət haqqında ətraflı məlumat verdi.
Şəmsəddin Xanbabayev mənə dedi ki, Heydər Əliyevin tapşırığı ilə mənə Naxçıvandakı qonaq evində lüks nömrə ayrılıb. Onu da deyim ki, Şəmsəddin Xanababayevin kabinetində və digər Nazirlərin kabinetində əsl buzxana idi. Çünki yeganə enerji mənbəyi elektrik enerjisi idi ki, o da Naxçıvanın təlbatını ödəmirdi. Ona görə də Heydər Əliyev Nazirlərə və Ali Məclisdə deputatlara, digər hökumət üzvlərinə iş yerlərindəki otaqları elektrik enerjisi ilə qızdırmağı qadağan etmişdı. Heydər Əliyev hökumət üzvlərinə demişdi ki, mən bu elektrik enerjisini İrandan güclə alıram ki, Naxçıvan əhalisi işıqsız qalmasın. Kim salyarka tapa bilərsə salyarka peçi işlətsin. Hansı vəzifə tutmasından asılı olmayaraq kim Heydər Əliyevin tapşırığını pozsa vəzifəsi ilə vidalaşmalı idi.
Əlqərəz, Nazirlər Kabinetində mən də bir neçə saat nazirlərlə bir yerdə soyuqdan donmalı oldum.
Gecəni mənə ayrılan qonaq evindəki lüks nömrədə qaldım. Nömrə dəxa0buzxana idi. Yemək vaxtı məni çağırdılar ki, mətbəxə gəlin, yemək hazırdır. Sağ olsunlar çox gözəl yemək verdilər. Həm də mətbəxdə isti olduğundan bir neçə saat orada oturub yavaş-yavaş çay da içdim. Sonra yekə qalın odeyalları və yorğanı başıma çəkib, paltar-palazımla, yəni paltomla yatdım. Bayırda 30 dərəcəyə yaxın şaxta vardı.
Səhərisi baş nazir Şəmsəddin Xanbabayev maşın göndərdi. Həmin maşınla Naxçıvan Nazirlər Kabinetinə getdim. Şəmsəddin Xanbabayev mənə dedi ki, Heydər Əliyevin tapşırığı ilə biz Türkiyə ərazisindən Naxçıvana çəkilən elektrik xətlərinə baxacağıq. O məni Naxıvandakı vəziyyətlə şəxsən tanış edəcək. Həmin gün Türkiyədən Naxçıvana çəkilən xətlərin daxil olduğu paylayıcı stansiyada olduq. Həmin gün Türkiyədən Naxçıvana çəkilən elektrik xətləri ilə enerjinin sınaq verilıişi oldu. Sonra biz Naxçıvanın rayonlarında olduq. Şəmsəddin Xanbabayev yol boyu Naxçıvan iqtisadiyyatı haqqında danışdı. Günorta yol qırağında çox dadlı Naxçıvan kababı yedik.
Saat iki radələrində Naxçıvan Ali Məclisində 1 saat yarım müddətində Heydər Əliyevin qəbulunda olduq. Heydər Əliyev bizə Naxçıvandakı enerji böhranı, onun səbəbləri, böhranın aradan qaldırılması yolları haqqında proqram xarakterli yüksək səviyyəli məlumatlar verdi. Mən əvvəllər də Heydər Əliyevin istər Azərbaycana başçılıq etdiyi müddətdə, istərsə də Sovet İmperiyasının hakimiyyət olimpində olduğu zaman Azərbaycan iqtisadiyyatı, energetikası, Sovet İqtisadiyyatı və energetikası haqqındakı dərin məzmunlu çıxışlarını dinləmişdim və baxmışdım.
Mən indi bu nəhəng şəxsiyyəti-Azərbaycan tarixinin və Sovet tarixinin böyük şəxsiyyətini onunla çox səmimiyyetlə görüşəndən sonra, onun kabinetində ondan bir metr aralıda oturaraq dinləyirdim. O elektroenergetika haqqında bütün mütəxəssisləri heyrətə salan bir çıxış etdi.
xa0Ardı var...
xa0Prof.Dr. Qüdrət İsaqovxa0

































































































