“Türk ölkələrində məni babat alim kimi tanıyırlar. Mənə imkan vermədilər ki, gedim universitetlərin birində dərs deyim. Hətta APİ-yə(ADPU) mənim bir dostumu rektor qoymuşdular. Mən ona dedim ki, “nə olar, mənə bir-iki saat dərs verin, gedim tələbələrlə başımı qatım”. Rektor mənə qayıtdı ki, “Firudin müəllim siz elə-belə adam deyilsiniz. Sizə dərs vermək üçün gərək yuxarılardan icazə alam”. Dedim ki, elə o “yuxarıdakılar”dı də məni qara siyahıya salan”.
Bu fikirləri Bizim.Media-nın Baş redaktoru Anar Tahirova müsahibə verən keçmiş təhsil naziri, tanınmış filoloq, professor Firudin Cəlilov deyib.
Keçmiş nazir daha sonra deyib ki, “Başda Ramiz Mehdiyev olmaqla, o zaman humanitar şöbənin müdiri olan Fatma Abdullazadə məni “qara siyahı”ya salmışdılar. Bu cür adamların Azərbaycan elminə vurduğu ziyanı nə rus qoşunu vurub, nə fars barbarları”.
Daha ətraflı aşağıdakı video ilə tanış ola bilərsiz:
Surxay Atakişiyev, Bizim.Media