Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı QHT rəhbərləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə görüş olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüş Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işlərin ictimai müzakirəsinə həsr olunub.
Agentliyin sədri Anar Bayramov 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursunu bitirmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri barədə məlumat verib.
Aidiyyəti qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri görülməklə, yekun olaraq Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirmənin aparıldığı qeyd olunub.
Ötən dövrdə həmin hərbçilərdən 3 minədək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin edildiyi bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 04.06.2022
Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib
Hazırda oxunan: Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib
Hazırda oxunan: Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib
77666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.