Yay istirahət turizminin başlanmasına, ölkədə çimərlik mövsümünün start verilməsinə sayılı günlər qalıb.
Yolumuzu mövsümqabağı vaxtı ilə Azərbaycanın ən məşhur istirahət zonalarından biri olan Nabrandan saldıq.
İlk mənzərədəncə demək olar ki, Nabran sovetdən necə qalıbsa, eləcə də həmin şəkildə özünün miskin günlərini yaşayır. İndi burada yolların, çimərliklərin ətrafını kol-kos, qamışlıq basıb. Elə bil Afrikanın cəngəllik meşələrinə daxil olursan. Hələ sahil boyu baş alıb gedən antisanitariyanı demirik.
Bu sahillərdə bir ekoloji dram yaşanır. Bəlkə də ekoloji müharibənin son görüntüləri desək, daha doğru olar.
Ədalət naminə deyək ki, Xacmazın Xəzər dənizi sahilindən -İstisu qəsəbəsindən üzü Nabrana gedən istiqamətdə hazırlıq işlərini gördük.
Təmizlik mərkəz hissələrdə çimərlik hissələrdə nisbətən qənaətbəxş olsa da üzü şimala doğru gedən hissələrdə vəziyyət dəyişir. Nabran çimərliyinin 3-cü Yalama adlanan ərazisində mal-qaranın çimərlik zolağında olması, məişət tullantılarının və çirkab sularının bir yerdə dəniz sularına qarışması diqqətimizdən yayınmadı.
Mal-qaranın Nabran çimərliklərində peyda olması əvvəlki illərdə də dəfələrlə müşahidə olunub.Yerli bələdiyyələr aidiyyatı qurumlarla birgə heyvan sahiblərinə qarşı müəyyən tədbirlər görsə də vəziyyət dəyişməyib.
Baxmayaraq ki, Dövlət başçısı 2019-cu ildə Xaçmaza yeni icra başçı təyin etdiyi Elnur Rzayevi qəbul edərkən Nabranın yenilənməsi məsələsinə də toxunub:
"Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da unikal, təbii məkandır. Əlbəttə ki, turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hal-hazırda bu belə deyil. Mənim Xaçmaza son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın səviyyəsinə uyğun gəlmir, bir çox istirahət mərkəzləri primitivdir, xidmət səviyyəsi də çox aşağıdır".
Bir çox məmurdan fərqli olaraq, Xaçmazın İh başçısı Elnur Rzayev Bizim.Media-nın suallarından qaçmadı. Bildirdi ki, Nabranda yolboyu mövcud olan köhnə köşklərin 90 faiz yenilənməsi təmin edilib. Mövsüm ərzində çimərlik boyu sahil zolağının təmiz və səliqəli olması həmişə diqqətimizdə olub. Bu il də artıq mövsüm yaxınlaşır. Şöbə müdirimiz Nabranda olub, çimərliklərin iyunun 15-ə tam hazır olması üçün işlər gedir.
Elnur Rzayev onu da qeyd etdi ki, 2 il sürən pandemiya şərtləri də hazırda gördüyünüz mənzərənin yaranmasına səbəb olub. İki il boyu kütləviliyin qadağan edilməsi burada olan infrastrukturun da perspektivsizliyinə şərait yaradıb və bir müddət baxımsız qalıb.
Nabranın köklü şəkildə yenilənməsinə gəlincə isə, Xaçmaz İH başçısı Elnur Rzayev qeyd etdi ki, "iş adamlarımız, biznesmənlərimiz Nabrana sərmayə qoyub sahilboyu müasir istirahət mərkəzləri qurulması üçün müraciət edə bilərlər, biz oonlara yaxından köməklik göstərəcəyik".
Bəs Dövlət Turuzm Agentliyinın Nabranın yenilənməsi üçün hansı planları var?
Bu barədə növbəti yazımızda birbaşa bu işlə məşğul olan qurumun mövqeyini açıqlayacağıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 04.06.2022
Nabran niyə tərk edilib? – Xaçmaz rayon İcra Başçısı problemə AYDINLIQ GƏTİRDİ
Hazırda oxunan: Nabran niyə tərk edilib? – Xaçmaz rayon İcra Başçısı problemə AYDINLIQ GƏTİRDİ
Hazırda oxunan: Nabran niyə tərk edilib? – Xaçmaz rayon İcra Başçısı problemə AYDINLIQ GƏTİRDİ
77651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.