Quba sakini bıçaqlanaraq qətlə yetirildi

Hazırda oxunan: Quba sakini bıçaqlanaraq qətlə yetirildi

77649

Quba Rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin