Cəlilabadda 5 gün əvvəl döyülən şəxs öldü

Hazırda oxunan: Cəlilabadda 5 gün əvvəl döyülən şəxs öldü

77644

Cəlilabadda 5 gün əvvəl döyülən şəxs evində vəfat edib.  

Bizim.Media-nın cənub bürosu-nun verdiyi məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. Kənd sakini  67 yaşlı Tasin Quliyev evində dünyasını dəyişib.  

Qeyd edək ki, mərhum 5 gün öncə bir və ya bir neçə şəxs tərəfindən döyülərək xəstəxanaya müraciət edib tibbi yardım almışdı. 

Mərhumun meyiti morqa təhvil verilib. Onun ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin