“Türkiyənin hərbi təlim və yüngül qırıcı təyyarəsi “Hürkuş” Azərbaycana təklif olunub”.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Türk Havaçılıq və Kosmik Sənaye” şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil danışıb.
Onun sözlərinə görə, artıq “Hürkuş”-un ixracatına başlayıblar, bu il üçün sifarişləri var:
“Azərbaycanın hələlik sifarişi yoxdur, ancaq olmasını gözləyirik. Belə sifariş olsa, çox yaxşı olar. Bizə sifariş verənlərə tək təlim təyyarəsi vermirik, eyni zamanda onlar üçün bu sahədə mütəxəssislər yetişdiririk. Məsələn, Nigeriya üçün belə mütəxəssislər yetişdiririk, bununla bağlı həmin ölkədə ofis açmışıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:25 / 03.06.2022
“Hürkuş" təyyarəsi Azərbaycana təklif olundu
Hazırda oxunan: “Hürkuş" təyyarəsi Azərbaycana təklif olundu
Hazırda oxunan: “Hürkuş" təyyarəsi Azərbaycana təklif olundu
77555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.