Qafqaz Müsəlmanları İdarəsi təcili əhaliyə MÜRACİƏT ETDİ - ÖZƏL

Hazırda oxunan: Qafqaz Müsəlmanları İdarəsi təcili əhaliyə MÜRACİƏT ETDİ - ÖZƏL

77550

Tiflisdə saxlanılan Çar Rusiyası dövrünə məxsus Azərbaycanın nəsil şəcərəsi məlumatları haqqında yazmışdıq. 

Bu barədə araşdırmamıza əsasən məlum olmuşdu ki, həmən sənədlərin surətləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Gürcüstandan alınaraq Bakıya gətirilib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın Bizim.Media-ya verdiyi özəl açıqlamaya görə, bu yazıdan sonra əhalinin həmin sənədlərə kəskin marağı artıb. Minlərlə vətəndaşımız Qafqaz Müsəlmanları İdarəsinə müraciət edərək nəsil-nəcabətlərinin tarixi ilə maraqlanırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

9 106 manatlıq HƏCC ZİYARƏTİ üçün hələlik müraciət edən olmayıb – QMİ-dən RƏSMİ  


Rəhimə Dadaşova bildirib ki, müraciətlərin kütləvi hal alması həmin şöbəmizin iş prosesində gərginlik yaradıb:

“Bildirdiyimiz kimi Çar dövrünə aid 70 min nüsxədən ibarət arxiv sənədlərin  kopyaları Gürcüstandan alınaraq Qafqaz Müsəlmanları İdarəsinə gətirilib və bunda Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin gərgin əməyi olub. Bu barədə Bizim.Media-da məlumat paylaşılandan sonra vətəndaşların idarəmizə müraciətləri kütləvi hal almağa başlayıb”.

Rəhimə Dadaşovanın sözlərinə görə müraciətlərin sayı həddindən artıq çox olduğu üçün idarənin işçiləri sürətli olaraq müraciətləri cavablamaqda çətinlik çəkirlər, ona görə də saytınız vasitəsi ilə vətəndaşlarımıza müraciət etmək məcburuiyyətindəyik:

“Hazırda Çar dövrünə aid sənədlərin elektronlaşdırılması prosesi aparılır. Bu dəqiqə idarəmizin əsas prioritet istiqaməti budur. Buna görə də, vətəndaşlarımızı məsələ ilə bağlı səbrli olmağa çağırırıq. Bütün işçilərimiz sənədlərin elektronlaşdırılması işinə cəlb olunub və ona görə də müraciətləri davamlı olaraq cavablaya bilmirlər. Sənədlərin elektronlaşdırılmasını sürətləndirmək üçün lazım olduğu təqdirdə digər qurumlardan da dəstək almağı planlaşdırırıq. Sənədlər elektronlaşdırıldıqdan sonra hər kəs asanlıqla mövzu ilə bağlı müraciətinə cavab tapa biləcək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin