Tovuzda möhtəşəm kosert proqramı keçirilib- FOTO

Hazırda oxunan: Tovuzda möhtəşəm kosert proqramı keçirilib- FOTO

77537
Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə əhali üçün gözəl  konsert proqramı keçirilib.

Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.Rayonicra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıblar.Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra Tovuzda yeni açılşmış ticarət mərkəzinin böyük meydanında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Xalq Artisti Könül Xasıyevanın möhtəşəm konsert programı keçirilib. Minlərlə rayon sakininin iştirakı ilə keçirilən tərbirin sonunda Könül  xanıma Tovuza məıxsus milli hədiyyələr təqdim olunmaqla bərabər millət vəkili Qənirə Paşayeva onlara təşəkkürünü bildirib və inşallah Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu cür gözəl tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada və bütün o gözəl torpaqlarımızda da qeyd edək deyib.  
Tovuzda möhtəşəm kosert proqramı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5480.jpg">Tovuzda möhtəşəm kosert proqramı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5481.jpg">Tovuzda möhtəşəm kosert proqramı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5482.jpg">Tovuzda möhtəşəm kosert proqramı keçirilib- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5483.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin